Premyer Liqa klubu yeni hücumçu tapdı - İtaliya yığmasından

21 İyun 2021 10:20 İspaniya 1 414
Premyer Liqa klubu yeni hücumçu tapdı - İtaliya yığmasından

“Sassuolo”nun daha bir futbolçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, İtaliya yığmasının əsas hücumçularından olan Domeniko Berardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Liverpul” forvardı heyətinə qatmaq istəyir. Yurgen Klopp Berardinin artıq bu yay komandasına keçməsində maraqlıdır.

Mersisaydlılar Domenikoya müştəri düşən ilk İngiltərə klubu deyil. Tottenhem” də onun transferini həll etməyə çalışır.

"Sassuolo”nun İtaliya yığmasındakı digər təmsilçisi Manuel Lokatelli “Yuventus”a keçə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!