Xavi Messi haqda danışdı: “Son sözü o deyəcək”

12 İyun 2021 12:00 İspaniya 1 288
Xavi Messi haqda danışdı: “Son sözü o deyəcək”

“Barselona”nın keçmiş futbolçusu Xavi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi, Lionel Messinin “Barselona”da qalacağını deyib:

“Düşünürəm ki, Messi “Barselona”da qalacaq. Yenə də, son sözü o deyəcək. İstədiyi qərarı vermək onun haqqıdır.

O, “Barselona” tarixinin ən yaxşı futbolçusudur. İnanıram ki, qərarını dəyişməyəcək və “Barselona”da qalacaq”.

Messinin “Barselona” ilə müqaviləsi iyunun sonuna qədərdir.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"