"Qarabağ" bu dəfə rahat çempion ola bilməyəcək" - VİDEO

8 Sentyabr 2023 14:20 Qarabağ 1 208
"Qarabağ" bu dəfə rahat çempion ola bilməyəcək" - VİDEO

“Bütün dünyada olduğu kimi, artıq Azərbaycanda da futbol dəyişir”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Qarabağ”ın Premyer Liqanın son turunda “Səbail”ə uduzması (1:1) haqda danışıb.

O, çempionat iştirakçılarının səviyyəcə bir-birinə yaxınlaşdığını bildirib:

“Komandaların heyəti güclənib. Hamı bir-birinə qarşı köklənməyi bacarır.

“Qarabağ” artıq 50 faiz oyunla burada rahat qələbə qazana bilməyəcək. “Səbail”in futbolçuları ikinci hissədə neçə dəfə təkbətək mübarizəyə yollandı?

Biz bu halı avrokuboklarda da görmüşük. “Qarabağ”ın müdafiə xətti davamlı olaraq belə səhvlərə yol verir.

Medina olmasa, necə\ olacaq? Niyə müdafiə bu qədər süstdür?”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti