"Barselona"dan yeni təklif, daha yaxşı ışərtlər – Bu hücumçu üçün

8 İyun 2021 12:00 İspaniya 648
"Barselona"dan yeni təklif, daha yaxşı ışərtlər – Bu hücumçu üçün

"Barselona" "Lion"un hücumçusu Memfis Depaya yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.

Bildirilib ki, Kataloniya təmsilçisi niderlandlı oyunçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalamaq istəyir.

"Barselona" danışıqlar apardığı, ancaq PSJ-yə keçməsi seçən Jorjinyo Vaynaldumdakı kimi vəziyyətlə üzləşməmək üçün Depaya təklif olunan müqavilənin şərtlərini yaxşılaşdırıb.

27 yaşlı oyunçu başa çatan mövsümdə "Lion"un heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 22 qol vurub və 12 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı