"Onu çox tənqid edirlər"

7 İyun 2021 12:00 İspaniya 897
"Onu çox tənqid edirlər"

“Real”ın qapıçısı Tibo Kurtua komanda yoldaşı Eden Hazardla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, belçikalı tez-tez tənqid edilən həmyerlisini müdafiə edib:

“Hazard “Real”dan ayrılmaq istəmir, ancaq Madrid mətbuatı onun ayrılmaq istədiyini yazır. Onu çox tənqid edirlər.

Hazard meydanda olmaq və titullar qazanmaq istəyir. O, düşdüyü vəziyyətdən çıxa biləcək gücdədir.

Hazard “Real”da önəmli futbolçulardandır. Son həftələrdə daha çox çalışır, fiziki vəziyyəti də yaxşıdır. Bəlkə də, heç vaxt fiziki baxımdan belə yaxşı olmayıb”.

2019-cu ildən “Real”da çıxış edən Hazard “kral klubu” ilə ümumilikdə 43 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı