Millinin kapitanı koronavirusa yoluxdu, karantinə alındı

7 İyun 2021 01:52 İspaniya 475
Millinin kapitanı koronavirusa yoluxdu, karantinə alındı

İspaniya millisinin kapitanı Serxio Buskets koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

Digər oyunçuların testi mənfi olub. Busketsin karantinə alındığı bildirilib.

Beləliklə, o, iyunun 8-i keçiriləcək Litva ilə yoldaşlıq görüşünü dəqiq buraxacaq. Futbolçunun İsveç millisinə qarşı Avro-2020-nin açılış oyunundakı iştirakı (14 iyun) sual altındadır.

Avro-2020 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti