“Səhvlər etdik - Bu, bizim günahımızdır”: “Barselona”nın ulduzu

14 May 2021 15:20 İspaniya 1 113
“Səhvlər etdik - Bu, bizim günahımızdır”: “Barselona”nın ulduzu

“Barselona”nın futbolçusu Serxio Buskets La Liqanın 36-cı turunda səfərdə “Levante”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Marca”ya danışan yarımmüdafiəçi, 3:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Lider olmaq və rəqiblərimizi təzyiq altında saxlamaq üçün qələbə qazanmaq istəyirdik. Ancaq olmadı və indi özümüz pis vəziyyətdəyik.

Dəqiq ola bilmədik və səhvlər etdik. İkinci hissəni yaxşı keçirmədik. Bu, bizim günahımızdır.

Son oyunlarda – çempionluq mübarizəsi apardığımız bir vaxtda çoxlu xal itirdik. Təkcə bu oyunda deyil, digər matçlarda da kifayət qədər səhvlər etdik”.

“Barselona” La Liqada 76 xalla ikinci sıradadır. Lider “Atletiko” 77 xalla lider, “Real” isə 75 xalla üçüncüdür. “Atletiko” və “Real”ın ehtiyatda bir oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti