"Real"ın "El Klassiko" üçün iştirak ərizəsində kimlər var?

10 Aprel 2021 00:00 İspaniya 1 133
"Real"ın "El Klassiko" üçün iştirak ərizəsində kimlər var?

"Real" La Liqanın 30-cu turunda "Barselona" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, zədəsini bərpa etməyə davam edən yarımmüdafiəçi Eden Hazard siyahıda yer almayıb.

Bundan başqa, Madrid təmsilçisinin müdafiəçiləri Serxio Ramos, Rafael Varan və Dani Karvahal da zədə səbəbindən "El Klassiko"nu buraxacaq.

Bu gün keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Real"ın iştirak ərizəsi

Qapıçılar: Kurtua, Lunin, Altube

Müdafiəçilər: Militao, Naço, Marselo, Odriosola, Mendi

Yarımmüdafiəçilər: Kroos, Modriç, Kazemiro, Valverde, İsko

Hücumçular: Benzema, Asensio, Vaskes, Vinisius, Mariano Dias, Rodriqo

Digər Xəbərlər
Xəbər Lenti