"Barselona"nın baş məşqçisi "Real"a tərif yağdırdı

9 Aprel 2021 21:40 İspaniya 1 432
"Barselona"nın baş məşqçisi "Real"a tərif yağdırdı

“El Klassiko" digər matçlardan fərqlənir. Yaxşı formadayıq, titul uğrunda mübarizə aparırıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turunda sabah keçiriləcək "Real"la oyun öncəsi deyib.

O, Madrid klubunun həddindən artıq tənqid olunduğunu vurğulayıb: "Çempionlar Liqasında oynamağa və La Liqa çempionluğu uğrunda mübarizəyə davam edirlər.

Onları tənqid edənləri dəstəkləmirəm. Möhtəşəm oyunçuları var, yaxşı bir matç keçirəcəklər. Hər iki komanda da qalibiyyətin nə qədər vacib olduğunu başa düşür.

Bu matçın nəticəsi çempionat yarışında həlledici olmayacaq, çünki sonradan çox oyun olacaq. Qalan bütün görüşlərdə hər hansı bir komandanın qalib gəlməsi çətin olacaq.

"El Klassiko"da qalib gələn komanda əhval-ruhiyyəyə ciddi təkan verəcək"

Digər Xəbərlər
Xəbər Lenti