“Barselona”nın bu yay yollarını ayıracağı futbolçuların adı

9 Aprel 2021 00:28 İspaniya 1 538
“Barselona”nın bu yay yollarını ayıracağı futbolçuların adı

“Barselona”nın bu yay yollarını ayıracağı futbolçuların adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ronald Kuman 9 oyunçunu komandasının heyətində düşünmür.

Həmin futbolçular arasında Filipe Koutinyo, Samuel Umititi, Usman Dembele, Miralem Pyaniç, Serjio Roberto, Martin Braytvay, Junior Firpo, Karles Alena və Mateus Fernandes var.

Kapitan Lionel Messinin gələcəyi isə qeyri-müəyyən olaraq qalır.

"Barselona” hazırda La Liqanın turnir cədvəlində 65 xalla 2-cidir. Kataloniya klubu lider “Atletiko”dan cəmi 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!