Aparıcı oyunçusunu saxlamaq istəyir - Premyer Liqa klubu

9 Sentyabr 2023 01:30 İngiltərə 1 664
Aparıcı oyunçusunu saxlamaq istəyir - Premyer Liqa klubu

"Nyukasl" yarımmüdafiəçisi Bruno Gimarayeşlə müqavilənin müddətinin uzatmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu yöndə yarımmüdafiəçi ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Amma yekun detallar razılaşdırılmalı, sonra müqavilə imzalanmalıdır.

Bruno ilə yeni müqavilə tezliklə bağlanacaq.

Futbolçunun ingilis klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.İngiltərə klubu 25 yaşlı braziliyalını 2022-ci ilin yanvarında "Lion"dan 42 milyon avroya transfer edib.

O,bundan əvvəl "Audaks" və "Atletiko Paranaense"də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti