“Barselona”nın eks-prezidenti niyə həbs edildi?

2 Mart 2021 00:14 İspaniya 388
“Barselona”nın eks-prezidenti niyə həbs edildi?

Kataloniya polisi “Barselona”nın baş ofisində axtarış aparıb.

Sportinfo.az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.

Mənbə bildirib ki, səhər iş saatı başlayandan bir neçə polis ofisə gəlib. Yoxlamanın səbəbləri bilinmir.

2021-ci il martın 7-də “Barselona” prezidentliyinə seçkilər keçiriləcək.

“La Vanguardia” nəşrinin yazdığına görə, “Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu, icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin müdiri Roman Qomes Ponti həbs edilib. Axtarışlar da bu məqsədlə həyata keçirilib. Onların hər biri korrupsiya ittihamına görə tutulublar.

Bartomeu ötən ilin oktyabrında prezident vəzifəsindən istefaya göndərilib. Onun komandanın kapitanı Lionel Messi ilə münasibətlərinin gərgin olduğu bildirilir.

Məhz Bartomeu Messinin ötən yay "Barselona"nı müqaviləsi başa çatmadan tərk etməsinə imkan verməyib.

Digər Xəbərlər
Xəbər Lenti