“Barselona”da səhvin olurdusa, səhəri gün səninlə heç kim danışmırdı"

23 Fevral 2021 21:40 İspaniya 755
“Barselona”da səhvin olurdusa, səhəri gün səninlə heç kim danışmırdı"

Jeremi Matye “Barselona”dakı karyerası barədə mətbuat danışıb.

Sportinfo.az xəbər verir ki, Matye “Barsa”da özünün yaxşı hiss etmədiyini bildirib. O, İspaniya nəhəngində sevgi görmədiyini vurğulayıb:

“Barsada” so n mövsümüm daha ağır keçdi. Məndə belə təəssürat yaranmışdı ÇL-də “Yuventus”a (0:3) mənim ucbatımdan məğlub olmuşuq. “Barsa”da məni öldürürdülər. Amma mən başa düşürdüm ki, futbolu 11 nəfər oynayır.

“Sportinq”ə keçdim və durum dəyişdi. Burda nəsə problem olanda sənin özünə deyirlər. “Barsa”da isə belə deyildi. Mənə sevgi lazım idi. Məsələn, “Barselona”da hansısa oyunda səhvin olurdusa, səhəri gün səninlə heç kim danışmırdı. Hətta baş məşqçi Luis Enrike də”.

Digər Xəbərlər
Xəbər Lenti