“Messi ÇL-də “Kamp Nou”da “Barselona” forması ilə son oyununa çıxdı”

20 Fevral 2021 18:40 İspaniya 1 836
“Messi ÇL-də “Kamp Nou”da “Barselona” forması ilə son oyununa çıxdı”

“Barselona”nın sabiq futbolçusu Rivaldo komandanın kapitanı Lionel Messi haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, keçmiş hücumçu, argentinalı futbolçunun yayda PSJ-yə gedəcəyini deyib:

“Barselona”da geridönüşə inanan bir futbolçu yoxdur. Çempionlar Liqasında mərhələ adlamaları artıq mümkünsüzdür.

Messi Çempionlar Liqasında “Kamp Nou”da “Barselona” forması ilə son oyununa çıxdı. Messinin gələcəyi PSJ-dədir. Fransızlar ona kubok qazanma şansı verəcəklər.

Messi uzun illər “Barsa”nı çiynində daşıdı və sonra ən yaxın dostu Luis Suaresi komandadan göndərdilər. Bu, qəbuledilməz bir həmlə idi”.

Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti