Ramosun “Real”dan istədiyi məbləğ bilindi - illik 12 milyon avro

18 Fevral 2021 21:40 İspaniya 1 106
Ramosun “Real”dan istədiyi məbləğ bilindi -  illik 12 milyon avro

“Real” Serxio Ramosla yeni müqavilə danışıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı kapitanı ilə hələ razılığa gələ bilməyib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə Ramosun illik 12 milyon avro məvacib istədiyi və yalnız bu şərtlə komandada qalacağı bildirilib. “Real” rəhbərliyi isə mövcud maliyyə problemlərinə görə bu məbləği vermək niyyətində deyil.

“Real”la mövsümün sonuna qədər müqaviləsi olan Ramosun yeni sözləşmə imzalamayacağı halda, karyerasını İngiltərədə davam etdirəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti