“Barsa”nın yay planı – Baş məşqçi postuna onu gətirirlər

18 Fevral 2021 18:20 İspaniya 828
“Barsa”nın yay planı – Baş məşqçi postuna onu gətirirlər

“Barselona”nın Çempionlar Liqasının 1/8 finalının ilk oyununda PSJ-yə məğlub olması (1:4) klub rəhbərliyini qəti addımlar atmağa vadar edir.

Sportinfo.az xəbər verir ki, rəhbərlik baş məşqçi dəyişikliyinə əl atmağı planlaşdırır.

Ronald Kumanı əvəz edəcək şəxs də bəllidir.

Klubun sabiq futbolçusu Xavi Ernandes Kumanın yerinə əsas namizəddir. Onunla danışıqlar uğurlu alınsa, əfsanəvi futbolçu yayda “Barsa”nın baş məşqçisi olacaq.

Xavi hazırda Qətərin “Əl-Sədd” klubuna rəhbərlik edir. O, 1998-2015-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti