Zidan qəzəbləndi: “Real”da mövsüm ərzində 40 zədə

18 Fevral 2021 12:00 İspaniya 611
Zidan qəzəbləndi: “Real”da mövsüm ərzində 40 zədə

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandanın futbolçularının tez-tez zədələnməsindən qəzəblənib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” yazıb.

Bu mövsüm “kral klubu”nun heyətində 40 zədə qeydə alınıb. Nəşrə danışan mənbənin sözlərinə görə, fransalı mütəxəssis daha əvvəl bu məsələ ilə bağlı narahatlığını ifadə etsə də, artıq qəzəbini gizlədə bilməyib.

Z.Zidanın səbrinin daşmasına səbəb isə “Valensiya” ilə oyunda Daniel Karvaxalın zədələnməsi olub. Məhz bu zədədən sonra baş məşqçi fiziki hazırlığa cavabdeh şəxslərdən izahat tələb edib. Z.Zidan baş verənlərin normal olmadığını qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti