Həbib “Barselona”ya söz atdı – Klubdan bu cavabı aldı

18 Fevral 2021 01:38 İspaniya 1 369
Həbib “Barselona”ya söz atdı – Klubdan bu cavabı aldı

UFC çempionu Həbib Nurmaqamedovla “Barselona” arasında söz atışması olub.

Sportinfo.az xəbər verir ki, dağıstanlı döyüşçü Çempionlar Liqasının 1/8 final “Barselona” - PSJ oyununu stadionda canlı izləyib.

“Real”ın fanatı olan Həbib İnstraqramda yazıb: “Kamp Nou” stadionuna doğru. İrəli, PSJ. Hala Madrid”.

“Real” azarkeşlərini salamlamaqla Həbib ona işarə edib ki, ilk növbədə “Barselona”nın əleyhinə azarkeşlik edəcək.

“Barselona” klubu isə buna cavab olaraq Həbibin paylaşımına bu şərhi yazıb: “Sən əminsən? Dəyişmək heç vaxt gec deyil”.

“Barselona” öz meydanında PSJ-yə 1:4 hesabı ilə uduzub. Cabab oyunu martın 10-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti