"Barselona"dan daha güclü komanda görmürəm"

16 Fevral 2021 01:52 İspaniya 675
"Barselona"dan daha güclü komanda görmürəm"

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ ilə matçdan əvvəl komandasının hazırkı durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis turnirdə mübarizə aparan komandalar arasında Kataloniya klubundan güclüsünün olmadığını deyib:

"Hazırda "Barselona"dan daha yaxşı bir komanda görmürəm. Ancaq düşünmürəm ki, klublardakı böyük dəyişikliklər və gənc futbolçular Çempionlar Liqasını qazanmaq ümidlərini artırır.

Bizim yaxşı komandamız var və getdikcə yaxşılaşır. Fiziki baxımdan da yüksək səviyyədə çıxış edirik. Həm də heyrətamiz oyunçularımız var.

Bunu Avropanın ən yaxşı komandaları ilə rəqabətə girməklə göstərmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"