Ramos "Real"dan ayrılır - Müqavilə təklifini rədd etdi

11 Fevral 2021 00:00 İspaniya 579
Ramos "Real"dan ayrılır - Müqavilə təklifini rədd etdi

“Real”ın müdafiəçisi Serxio Ramos klubun yeni müqavilə təklifini qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, 2 illik sözləşməni qəbul etməyən 34 yaşlı futbolçu “kral klubu”ndan ayrılmaq fikrindədir.

O, maaşının 10 faiz azaldılmasına razı olmadığı üçün danışıqları dayandırıb.

Ramosla “Mançester Yunayted” və PSJ klubları maraqlanır.

İspaniyalı oyunçu 2005-ci ildən “Real”ın şərəfini qoruyur. O, bu mövsüm keçirdiyi 18 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti