“Arsenal” istədi, “Barselona” “yox” dedi: "Biz bu təkliflə razılaşmadıq"

20 Yanvar 2021 10:00 İspaniya 569
“Arsenal” istədi, “Barselona” “yox” dedi: "Biz bu təkliflə razılaşmadıq"

“Arsenal”ın “Barselona”nın qapıçısı Netonu transfer etmək istədiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu bu təklifdən imtina edib.

Bu barədə komandanın baş məşqçisi Ronald Kuman məlumat verib. O, Netonun komandadan ayrılmaq istədiyini təsdiqləyib:

“Meneceri onun komandadan ayrılmasına icazə verməyimizi istədi. Biz bu təkliflə razılaşmadıq. Neto bizim üçün vacib futbolçudur. Hər mövqedə güclü olmaq istəyirik”.

“Arsenal”ın 31 yaşlı futbolçunu icarəyə götürmək istədiyi deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti