Zidandan 1:2-yə şərh: “Bu, uğursuzluq deyil”

16 Yanvar 2021 00:28 İspaniya 719
Zidandan 1:2-yə şərh: “Bu, uğursuzluq deyil”

İspaniya superkubokunun yarımfinalında “Atletik”ə məğlub olaraq, turnirlə vidalaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Sportinffo.az xəbər verir ki, fransalı mütəxəssis 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Bu, uğursuzluq deyil. Uğursuzluq komandanın nəyəsə cəhd etməməsi, mübarizə aparmamasıdır. Həyat belədir, həmişə qazana bilməzsən. Hər oyunda qələbə üçün çalışırq, ancaq həmişə alınmır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda