Prezident seçkilərində iştirak edəcək 3 şəxs qaldı - “Barselona”da

15 Yanvar 2021 10:00 İspaniya 511
Prezident seçkilərində iştirak edəcək 3 şəxs qaldı - “Barselona”da

“Barselona”nın prezidentliyinə namizədlər azalmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, Emili Russo namizədliyini geri götürüb.

O, namizəd olmaq üçün lazımi sayda imza toplayıb. Lakin həmin imzaların bir hissəsi şübhə doğurduğu üçün yoxlama keçirilib. Russo isə nəticələri gözləməyərək, özü namizədliyini geri çəkib.

Bundan əvvəl Auqusti Benedito da namizədlikdən imtina etmişdi. Beləliklə Kataloniya klubunun prezident seçkilərində iştirak edəcək 3 şəxs qalıb. Onlar Yoan Laporta, Viktor Font və Toni Freişadır.

“Barselona”nın prezident seçkiləri bu ayın 24-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti