"Barselona" finala "lotoreya" ilə getdi - VİDEO

14 Yanvar 2021 21:40 İspaniya 531
"Barselona" finala "lotoreya" ilə getdi - VİDEO

İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün bir oyun keçirilib. “Real Sosyedad” “Barselona”nı qəbul edib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Daha dəqiq olan "Barselona" finala yüksəlib. Kataloniya təmsilçisi həlledici qarşılaşmada “Real” – “Atletik” görüşünün qalibi ilə üz-üzə gələcək.

"Real Sosyedad" – "Barselona" - 1:1 (penaltilər seriyası - 2:3)
Qollar:
Oyarzabal, 51-pen – De Yonq, 39

Digər Xəbərlər
Xəbər Lenti