Yeni baş məşqçi ilə bu ilin yayına qədər müqavilə imzalandı

13 Yanvar 2021 01:38 İspaniya 389
Yeni baş məşqçi ilə bu ilin yayına qədər müqavilə imzalandı

“Alaves”in yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Abelardo Fernandes təyin olunub.

50 yaşlı ispan mütəxəssislə bu ilin yayına qədər müqavilə imzalanıb. Abelardo 2017-2019-cu illər aralığında da La Liqa təmsilçisini çalışdırıb.

La Liqada 18 oyuna 18 xal toplamış “Alaves” hazırda 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Klub rəhbərliyi ötən gün baş məşqçi Pablo Maçini istefaya göndərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”