Tanınmış məşqçi ilə müqavilə uzadıldı – 2024-ün iyununa kimi

12 Yanvar 2021 18:40 İspaniya 1 061
Tanınmış məşqçi ilə müqavilə uzadıldı – 2024-ün iyununa kimi

"Sevilya” baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İspan mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu.

Lopeteqi 2019-cu ilin iyun ayından İspaniya klubunu çalışdırır. Onun komandası hazırda La Liqada 30 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti