2021-ci il Lionel Messiyə düşərli oldu

12 Yanvar 2021 12:00 İspaniya 595
2021-ci il Lionel Messiyə düşərli oldu

“Barselona”nın futbolçusu Lionel Messi 2021-ci ilə uğurla başlayıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu ilk 3 matçda 4 qol vurmağı bacarıb.

Argentinalı oyunçu “Qranada” (4:0) və “Atletik”lə (3:2) görüşlərdə dubl edib. O, yalnız “Hueska” ilə qarşılaşmada (1:0) fərqlənə bilməyib.

Messi son dəfə 2016-cı ildə ilə indikindən daha uğurlu start verib. Futbolçu həmin vaxt ilk 3 oyunda 5 qol vurub.

Messi bu mövsüm “Barselona” ilə toplam 21 matça çıxaraq, 14 qol vurub və 6 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu