“Real”ın hücumçusu üçün Premyer Liqadan “müştəri”

12 Yanvar 2021 01:38 İspaniya 457
“Real”ın hücumçusu üçün Premyer Liqadan “müştəri”

"Real”ın hücumçusu Mariano Dias karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu “Vest Hem”in maraq dairəsindədir.

Premyer Liqa klubu “Real”ın heyətində kifayət qədər şans qazanmayan futbolçunu bu qış transfer etmək niyyətindədir. Məlumata görə, “Vets Hem” futbolçunu icarəyə götürməyi planlaşdırır.

2018-ci ilin yayından “Real”da çıxış edən Diasın klubla müqaviləsi 2023-cü ildə başa çatacaq. O, cari mövsümdə ümumilikdə 7 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti