"Barselona"da prezident postuna 3 namizəd qaldı

12 Yanvar 2021 00:28 İspaniya 415
"Barselona"da prezident postuna 3 namizəd qaldı

"Barselona"nın prezidentliyinə namizədlərdən Aqusti Benedito seçkilərdə iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, funksioner kifayət qədər səs toplaya bilmədiyi üçün bu addımı atıb.

Beneditonun namizədliyini geri götürməsindən sonra bu vəzifəyə iddialı 3 nəfər qalıb. Bunlar Xuan Laporta, Viktor Font və Luis Fernandezdir.

Aqusti Benedito daha əvvəl yerli mətbuata açıqlamasında Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin yayda komandanı tərk edəcəyini söyləmişdi.

"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı