“Yanvarda transfer olmayacaq, bunu əminliklə deyə bilərəm"

28 Noyabr 2020 19:20 İngiltərə 405
“Yanvarda transfer olmayacaq, bunu əminliklə deyə bilərəm"

"Mançester Siti” qış transfer pəncərəsi dövründə futbolçu almayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola klubun rəsmi saytına açıqlamasında deyib:

“Yanvarda transfer olmayacaq, bunu əminliklə deyə bilərəm. Bütün titullar uğrunda mübarizə apara biləcək möhtəşəm bir komandam var. Yaxşı oynayan futbolçularla davam edəcəyik.

Serxio Aquero zədəsini yeni bərpa edib və formasını bərpa etməyə vaxt lazımdır. Onun üçün xüsusi məşq proqramı hazırlamışıq”.

“Mançester Siti” İngiltərə Premyer Liqasında 12 xalla 14-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu