"Əlində əla futbolçular var, bunun çox çətin olduğunu bilirəm"

16 Noyabr 2020 12:20 İngiltərə 427
"Əlində əla futbolçular var, bunun çox çətin olduğunu bilirəm"

Hazırda “Monako”nun şərəfini qoruyan Sesk Fabreqas keçmiş klubu “Arsenal”la bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu “topçular”ın baş məşqçisi Mikel Artetanın işini dəyərləndirib:

“Artetanın özünəməxsus fikirləri var, amma bunları tətbiq etmək üçün zaman lazımdır. Hazırda istənilən məşqçi üçün əsas problem kifayət qədər zamanın olmamasıdır.

Bunun çox çətin olduğunu bilirəm. Futbol sürətlə irəliləyir, hər kəs qalib gəlmək istəyir, rəhbərliyin, azarkeşlərin təzyiqi olur. Arteta öz komandasını yaratmağa çalışır.

Onun əlində əla futbolçular var. Artetanın lider olduğunu, futbol biliyinin yüksək olduğunu görə bilərsiz. İlk baş məşqçilik təcrübəsi olmasına baxmayaraq, əla xarakter göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"