“Bir gün oyandım və “Yuventus”un mənimlə maraqlandığını eşitdim”

15 Noyabr 2020 15:20 İngiltərə 581
“Bir gün oyandım və “Yuventus”un mənimlə maraqlandığını eşitdim”

Son vaxtlar adı bir neçə klubla yanaşı çəkilən “Vulverhempton”un futbolçusu Raul Ximenes açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu “Yuventus”un və “Mançester Yunayted”in onunla maraqlandığını təsdiqləyib:

“Bir gün oyandım və “Yuventus”un mənimlə maraqlandığını eşitdim. Bildiyim qədəriylə, “Mançester Yunayted” də mənim üçün hərəkətə keçmişdi.

Lakin bu klublarla razılıq əldə etmədik. “Vulverhempton”da xoşbəxtəm. Özümü yaxşı hiss etdiyim bir yerdəyəm, amma hər kəs bilir ki, hər zaman daha yaxşısını axtarıram”.

Meksikalı futbolçunun Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti