“Qvardiola və komandası ilə tez-tez qarşılaşmadığımız üçün xoşbəxtəm”

10 Noyabr 2020 12:20 İngiltərə 374
“Qvardiola və komandası ilə tez-tez qarşılaşmadığımız üçün xoşbəxtəm”

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Mançester Siti” ilə qarşılaşan "Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis “şəhərlilər”lə görüşün (1:1) hər zaman çətin olduğunu bildirib:

“Mançester Siti”yə qarşı oyuna tam köklənə bilməsəz, məğlub olarsız. Düzü, Pep Qvardiola və komandası ilə tez-tez qarşılaşmadığımız üçün xoşbəxtəm.

Statistikanı izləmirəm, amma bütün oyunların inanılmaz dərəcədə çətin olduğunu bilirəm. “Mançester Siti” ilə oyunlarda mükəmməl təşkilatlanmalı və cəsur futbol oynamalısan. Həm öz futbolumuzu oynamalı, həm də, rəqibə çətinlik yaratmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!