"Mançester Yunayted"dən 16 yaşlı futbolçu üçün 15 milyon avro

19 Oktyabr 2020 22:30 İngiltərə 481
"Mançester Yunayted"dən 16 yaşlı futbolçu üçün 15 milyon avro

"Mançester Yunayted" "Sportinq"in futbolçusu Luiş Qomeşi transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisinin 16 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd olunub ki, Qomeş Lissabon akademiyasının ən istedadlı oyunçularında biri sayılır. "Sportina" portuqaliyalı oyunçu ilə 5 illik peşəkar müqavilə imzalayıb.

Əlavə edək ki, "Mançester Yunayted" tarixində bir neçə dəfə "Sportinq"in oyunçularını transfer edib. Bunlara Kriştiano Ronaldo , Nani və Bruno Fernandeş daxildir

Digər Xəbərlər
Xəbər Lenti