Premyer Liqanın çempionu 2 futbolçusunu icarəyə verdi

17 Oktyabr 2020 09:56 İngiltərə 530
Premyer Liqanın çempionu 2 futbolçusunu icarəyə verdi

“Liverpul” futbolçuları Harri Uilson və Harvi Elliotu icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, Harri Uilson kayerasını “Kardiff Siti”də davam etdirəcək.

23 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavlənin detalları açıqlanmayıb.

Harvi Elliotun isə “Bləkbörn”ə icarəyə verildiyi bildirilib. 17 yaşlı yarımmüdafiəçi ilə də bağlanan sözləşmənin şərtləri qeyd olunmayıb.

Geridə qalan mövsümü icarə əsasında “Brnmut”da keçirən H.Uilson komandanın heyətində 31 matça çıxıb və 7 qol vurub. H.Elliot isə “Liverpul”da 9 rəsmi oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!