Premyer Liqa klubu yeni transferini bu cür təqdim etdi - VİDEO

17 Oktyabr 2020 01:52 İngiltərə 462
Premyer Liqa klubu yeni transferini bu cür təqdim etdi - VİDEO

"Tottenhem" "Suonsi Siti"nin və Uels yığmasının futbolçusu Co Rodonu transfer edib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 2025-ci ilədək müqavilə bağlanılıb.

Rodon yeni komandasında 14 nömrəli formada çıxış edəcək. Müqavilə məbləğinin 11 milyon, bonusların isə 4 milyon funt sterlinq təşkil edəcəyi bildirilir.

Klub bu keçidi daha bir uelsli oyunçusu Qaret Beylin iştirakı ilə çəkilmiş videoçarx formasında anons edib. Videoda Rodon maşınla bazaya gəlir, resepşndə oturan Beyl isə zarafatca deyir: "Onu geri göndərin".

ðŸ´ó §ó ¢ó ·ó ¬ó ³ó ¿ 📞 "Okay, you can let him in..." pic.twitter.com/CQixvQvvo1

— Tottenham Hotspur (@SpursOfficial) October 16, 2020
Digər Xəbərlər
Xəbər Lenti