"Əvvəl dedilər, komanda yoldaşlarmla mübahisə etmişəm, sonra yazdılar ki..."

17 Oktyabr 2020 00:14 İngiltərə 449
"Əvvəl dedilər, komanda yoldaşlarmla mübahisə etmişəm, sonra yazdılar ki..."

"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş Premyer Liqada "Tottenhem"ə qarşı matçın (1:6) fasiləsində əvəzlənməsi ilə bağlı baş məşqçi Olq Qunnar Sulşerlə mübahisə etməsi barədə xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, yazılanların doğru olmadığını söyləyib:

"Məsələ ilə bağlı çoxlu spekulyasiyalar edildi. Əvvəl dedilər ki, komanda yoldaşlarmla mübahisə etmişəm, sonra yazdılar ki, Viktor Lindelöflə dalaşmışam. Heç biri tutmadı. Axırda dedilər ki, guya Sulşerlə mübahisə etmişəm. Bu xəbərlərin hamısı səhvdi. Komandaçın ziyanına olacaq heç nə etməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti