"Bilirəm, məndən zəhləsi gedirdi, bəzən özümün də ondan zəhləm gedirdi"

16 Oktyabr 2020 17:38 İngiltərə 658
"Bilirəm, məndən zəhləsi gedirdi, bəzən özümün də ondan zəhləm gedirdi"

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venqer maraqlı açıqlamalar verib.

Fransalı mütəxəssis öz kitabına Joze Mourinyonun adının salınmaması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat verir. Venqerin sözlərinə görə o, kitabında pozitiv hadisələrin yer almasını istəyib:

"Mourinyo haqda çox şey yaza bilərdim, ancaq istədim ki, öz kitabımda pozitiv hadisələr yer alsın. Sir Aleks Ferqüssonla daha maraqlı mübarizələrim olub.

Davamlı rəqabət şəraitində məşqçilər bəzən bir-birindən nifrət edə bilər. Bilirəm ki, Ferqüssonun məndən zəhləsi gedirdi. Amma düzünü desək, bəzən mənim də Ferqüssondan zəhləm gedirdi"

Digər Xəbərlər
Xəbər Lenti