"Mançester Siti" "Benfika"nın futbolçusunu transfer etdi

27 Sentyabr 2020 01:52 İngiltərə 552
"Mançester Siti" "Benfika"nın futbolçusunu transfer etdi

"Mançester Siti" Benfika"nın mərkəz müdafiəçisi Ruben Diaşın transferini tamamlayıb.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər" bu keçid üçün 55 milyon avro təzminat ödəməyi qəbul edib.

Mançester təmsilçisi müdafiəçisi Nikolas Otamendini də Lissabon təmsilçisinə verəcək. 23 yaşlı futbolçu ilə 5 illik razılıq əldə edilib.

Portuqaliya millisinin üzvü "Benfika"nın yetirməsidir. O, ötən mövsüm keçirdiyi 47 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti