Hər kəsi maraqlandıran sual: “Qarabağ” ŞOK yaşayacaq, yoxsa ŞOK yaşadacaq? - VİDEO

29 Noyabr 2023 17:40 Avropa Liqası 1 906
Hər kəsi maraqlandıran sual: “Qarabağ” ŞOK yaşayacaq, yoxsa ŞOK yaşadacaq? - VİDEO

“Qarabağ” sabah Avroliqanın H qrupu çərçivəsində “Molde”nin qonağı olacaq.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov deyib ki, “Qarabağ”ı Norveç səfərində çətin sınaq gözləyir:

“İlk növbədə əlverişsiz hava şəraiti, meydanın qazonunun süni olması “Qarabağ” kimi daha çox topa sahib olan, qısa ötürmələrə üstünlük verən komandalara çətinlik yaradır.

Bu matçı eyni zamanda finala bərabər qarşılaşma kimi dəyərləndirmək olar. Çünki hər iki komandanın qrupda 6 xalı olduğundan, “Qarabağ”a növbəti mərhələyə vəsiqə üçün 1 xal kifayət edəcək.

“Molde”nin baş məşqçisi Erlinq Moe komandasının oyun planında 3-5-2 taktiki sxeminə üstünlük verir. Lakin müdafiə olunan zaman bu düzülüş 5-3-2-yə çevrilir.

Bu komanda ilə qarşılaşmada mərkəzdəki mübarizə çox önəm kəsb edəcək. Rəqib topa sahib olduqda, hücumlar təşkil etdikdə, müdafiədə boşluqlar buraxır.

Xüsusilə mərkəz müdafiəçilərinin mövqe seçimlərində səhvlərinin şahidi olmuşuq. İlk növbədə onu qeyd edək ki, Norveç komandasının fiziki göstəriciləri kifayət qədər yaxşıdır.

Standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. 5-li müdafiəyə üstünlük verən “Molde”də oyun qurarkən, mərkəzdə yer alan futbolçuların performansı çox önəmlidir.

Geridən oyun qurarkən, cinah stoperləri, yəni mərkəzdə yer alan müdafiəçilər kənara çəkilir. Bu xüsusda Markus Kosanın oyun ağlı hücuma keçidlərdə böyük rol oynayır.

Yəni, bu futbolçu komandanın hər şeyidir. Hücumlarda, geri dönən topların alınmasında önəmli rol oynayır.

Davamlı şəkildə komanda yoldaşları ilə danışır. Bir sözlə, əsl liderdir.

Topa daha çox sahiblənməyi sevən oyun anlayışına malik “Molde” meydannın bütün zonalarında buna nail olmağı bacarır. Əsasən cinahlardan qurulan oyun planında fəal iştirak etmək üçün mərkəz hücumçuları da o zonaya yaxın oynamağa çalışır.

Bu fonda ikinci zonadan üçüncü zonaya keçidlərdə Breyvikin rolu çox önəmlidir. İtirlən toplardan sonra xətlərarası məsafə yaxın olduğuna görə uzun ötürmələrlə və ya cinahlardan təşkil edilən hücumlarda boşluqlara yol verirlər.

Görünən odur ki, bu komandaya qarşı yerlə oynamaq daha yaxşı alınardı. Cinahlardan mərkəzə uzun ötürmələrlə qol epizodu yaratmaq imkanımız az olar.

Qapıçıları Oliver Petersen uzaqdan vurulan zərbələrdə zəif qalır. Bunun üçün mütləq şəkildə uzaqdan zərbələrə də üstünlük verilməlidir”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti