"Məğlubiyyətə nifrət edirəm, problemlər xoşuma gəlir"

14 Sentyabr 2020 09:42 İngiltərə 436
"Məğlubiyyətə nifrət edirəm, problemlər xoşuma gəlir"

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo işinə olan sevgisindən danışıb.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis özünü başqa bir peşədə görmədiyini deyib:

“İndi fərqli saç rənginə sahibəm, üzümdə qırışlar yaranıb. Amma mən eyni prinsiplərlə qalmışam. İçimdə enerji qaynayır və heç nə dəyişməyib. Çünki bu, mənim genetikamdadır.

Əlbəttə ki, məşqçilik baxımından təkamül prosesi gedib. Futbol daim dəyişir. Komanda və oyunçular yenilənir. İşimlə əlaqəli hər şeyi bəyənirəm. Nifrət etdiyim tək şey isə məğlub olmaqdır.

Ancaq bunun işimin bir hissəsi olduğunu yaxşı başa düşürəm. Özümü başqa heç bir peşədə görmürəm. Həm problemlər, həm də işimizdə olan çətinliklər xoşuma gəlir. Məni vəzifəm isə bunlarla xoşbəxt olmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti