Premyer Liqa klubundan son transfer - Niderlandlı müdafiəçi

12 Sentyabr 2020 01:38 İngiltərə 745
Premyer Liqa klubundan son transfer - Niderlandlı müdafiəçi

"Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı müdafiəçi Yan Paul van Hekkeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandın “NAK Breda” klubundan transfer olunan 20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Van Hekke Niderlandın aşağı yaşı qrupları üzrə yığmalarının da üzvüdür. O, 2018-ci ildən “NAK Breda”da çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!