Premyer Liqa klubunda 33 milyonluq yeni hücumçu

11 Sentyabr 2020 13:40 İngiltərə 617
Premyer Liqa klubunda 33 milyonluq yeni hücumçu

"Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brentford”un hücumçusu Olli Uotkinsi transfer edib.

24 yaşlı ingilis hücumçu ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı bu transferin Birmingem klubuna 33 milyon funt-sterlinqə başa gəldiyini iddia edir.

Uotkins 2017-ci ildən “Brentford”un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın oyunda 49 oyuna 26 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti