Premyer Liqa klubu Abdulaye Dukureni transfer etdi

9 Sentyabr 2020 13:40 İngiltərə 495
Premyer Liqa klubu Abdulaye Dukureni transfer etdi

"Real"dan Xames Rodriqes, "Napoli"dən Allanı transfer edən "Everton" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, Liverpul təmsilçisi "Uotford"un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.

"Everton" bu keçid üçün "eşşək arıları"na 25 milyon funt-sterlinq təzminat ödəyib. 27 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.

"Uotford" Dukureni 2016-cı ildə Fransanın "Reyms" klubundan 10,6 milyon avroya transfer etmişdi. Fransalı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı