Premyer Liqa klubundan daha iki transfer xəbəri

9 Sentyabr 2020 00:14 İngiltərə 566
Premyer Liqa klubundan daha iki transfer xəbəri

“Nyukasl” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut”dan Kallum Uilsonla Rayan Freyzeri transfer edib.

28 yaşlı Kallumla 4, 26 yaşlı Rayanla 5 illik müqavilə imzalanıb. Freyzer yeni klubuna azad agent statusu ilə keçib. Uilsonun transferi üçün isə “Nyukasl” 20 milyon funt-sterlinqindən keçib.

Kallum Uilson “Koventri Siti”nin yetirməsidir. İngilis hücumçu 2014-cü ildən “Bornmut”un uğurları üçün çalışırdı. O, son illərdə İngiltərə yığmasında da bir neçə oyun keçirib.

Rayan Freyzer isə “Aberdin”in yetirməsidir. O, 2013-cü ildən “Bornmut”da çıxış edir. Şotlandiya yığmasının vingeri 2015/16 mövsümündə icarədə də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti