"Qarabağ"dan yeni tarix, 44-cü saniyənin lütfü! - İSTƏDİYNİZ VİDEO

15 Dekabr 2023 11:40 Qarabağ 1 027
"Qarabağ"dan yeni tarix, 44-cü saniyənin lütfü! - İSTƏDİYNİZ VİDEO

Dünən "Qarabağ" Avropa Liqasının H qrupunun sonuncu turunda Bakıda "Hekken"i qəbul etdi.

Qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan ağdamlılar Azərbaycan futbolu tarixində bir ilkə imza atdı, pley-off mərhələsinə yüksəldi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Qarabağ" bu qarşılaşmada da öz ənənəvi oyun planına sadiqlik nümayiş etdirərək, rəqibi meydannın özlərinə aid hissəsində qarşılayıb, pressinq qonaqları səhvə məcbur edib:

"Hekken" uzun ötürmələrə çox önəm verdiyindən, hücumlar zamanı itirilən topu ən azı 5-10 saniyəyə qazanmaq lazım idi ki, bunu da komandamız çox yaxşı bacardı.

İsveç komandası irəli atılarkən, daha çox cinahlara uzun ötürmələrlə yadda qaldı.

Top rəqibdə olarkən, mərkəz müdafiəçilərinin mövqe sığortalarında problemləri var idi, ağdamlılar bundan yararlanaraq, bir neçə dəfə qol epizodları yaratdılar.

"Qarabağ" yenə tarix yazdı. Futbolunda çox ciddi problemlər olan ölkənin klubunun belə nəticələrə imza atması böyük işdir.

Qurban Qurbanov və futbolçularına alqışlar olsun!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu