"Real"ın ulduzuna 30 milyon verir - Premyer Liqa klubu

10 Avqust 2020 17:38 İngiltərə 1 021
"Real"ın ulduzuna 30 milyon verir - Premyer Liqa klubu

“Real”ın ulduzu Qaret Beyl komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubundan uelsli futbolçuya təklif var.

Məlumata görə, “Everton” 31 yaşlı oyunçunun xidmətində maraqlıdır. Liverpul təmsilçisi yarımmüdafiəçi üçün 30 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Zinəddin Zidanın planlarına daxil olmayan Beylin satılacağı gözlənilir.

Qaret ötən mövsüm “Real” forması ilə 32 oyuna çıxıb və 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti