"Mançester Yunayted" vaz keçdi

30 İyul 2020 09:42 İngiltərə 641
"Mançester Yunayted" vaz keçdi

"Borussiya”nın yarımmüdafiəçisi Yadon Sançonun "Mançester Yunayted"ə keçidi baş tutmaya bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb oyunçunun yüksək maliyyətə səbəb olmasıdır.

Məlumata görə, “sarı-qaralar” 20 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir. Premyer Liqa təmsilçisi isə bu məbləği ödəyə bilmir. Dortmun klubu Sançonun qiymətini endirmək niyyətində deyil.

“Borussiya” təlim-məşq toplanışına avqustun 10-da başlayacaq. Bu müddətə qədər transferin reallaşması mümkün görünmür.

Digər Xəbərlər
Xəbər Lenti