"Bunu edib-etmədiklərini bilmirəm, amma son qərar utancvericidir”

15 İyul 2020 01:38 İngiltərə 468
"Bunu edib-etmədiklərini bilmirəm, amma son qərar utancvericidir”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin 2 mövsümlük Çempionlar Liqasından kənarlaşdırılma cəzasının ləğvinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bu qərarı anlamadığını deyib:

“Əgər "Mançester Siti” günahsızdırsa, niyə 10 milyon avro cərimələndi? Əgər qaydanı pozublarsa, avrokuboklardan kənarlaşdırılmalıdırlar. Qayda pozuntusu edib-etmədiklərini bilmirəm, amma son qərar utancvericidir”.

İdman Arbirtaj Məhkəməsi dünən "Mançester Siti"nin cəzasını ləğv edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!