CAS Premyer Liqa klubunu avrokuboklara buraxdı

13 İyul 2020 17:38 İngiltərə 428
CAS Premyer Liqa klubunu avrokuboklara buraxdı

İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti" ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum Premyer Liqa təmsilçisinin şikayətini təmin edib.

UEFA-nın "şəhərlilər"in avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərar ləğv olunub.

Maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılan "şəhərlilər" 10 milyon avro cərimələniblər. Klub cəriməni qərar qüvvəyə mindikdən sonra 30 gün müddətində ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti